Qalmaqallı direktor həbs olundu
sizinxeber.az xəbər saytı

Qalmaqallı direktor həbs olundu


Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin sabiq rəisi Rüfət Malik oğlu Hacıyev həbs edilib.

Bizim.Media-nın məlumatına görə, sabiq idarə rəisi barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, 38 yaşlı Rüfət Hacıyev noyabrın 28-də istefa verib. O, istefasından bir neçə gün əvvəl Xaçmazda 4 saylı tam orta məktəbdə 7-ci sinif şagirdi Nizam Mirzəyevi döyməklə gündəmi zəbt etmişdi.

Bir müddət əvvəl isə Xaçmazda icra başçısı Elnur Rzayev iclasda iştirak edən Rüfət Hacıyevə  irad bildirərək, stolun üzərinə qoyduğu mobil telefonunu götürməyi istəsə də, tələbə əməl etməyən sabiq rəis iclasdan qovulmuş və bununla da daha bir qalmaqal yaşamışdı.

Oxşar xəbərlər

Şagirdi döyən məmur istefa verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quba-Xaçmaz Regional Təhsil İdarəsinə yeni müdir təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət qurumunda bir milyonluq yeyinti: Sabiq rəis və işçiləri məsuliyyətə cəlb edildilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Kanal 13”ün aparıcısı həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həbsdə olan general ev dustaqlığına buraxılmadı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər