Dövlət qurumunda bir milyonluq yeyinti: Sabiq rəis və işçiləri məsuliyyətə cəlb edildilər
sizinxeber.az xəbər saytı

Dövlət qurumunda bir milyonluq yeyinti: Sabiq rəis və işçiləri məsuliyyətə cəlb edildilər


Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar. 

İlkin məlumata əsasən, mənimsənilən məbləğ bir milyon manatdan çoxdur.

Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.

Oxşar xəbərlər

Nəcməddin Sadıkovla bağlı araşdırmalara başlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həbsdə olan general ev dustaqlığına buraxılmadı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tanınmış meyxanaçı hakim qarşısına çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İşdən çıxarılan polkovnik-leytenant hansı maddələrlə ittiham edilir? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zeynəb Xanlarovanın bacısı oğlunun təqsirləndirildiyi cinayət işi üzrə Ali Məhkəməyə müraciət olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər