Məftun Abbasov: “Metro 20 Yanvar gecəsi təcili yardım rolu oynadı”
sizinxeber.az xəbər saytı

Məftun Abbasov: “Metro 20 Yanvar gecəsi təcili yardım rolu oynadı”


“Metro həmin gün təcili yardım rolu oynadı”.

Bu sözləri Oxu.Az-a açıqlamasında metropoliten işçisi, şahid Məftun Abbasov 20 Yanvar ilə bağlı xatirələrindən danışarkən deyib.

Hadisə şahidi qeyd edib ki, metro fəaliyyətini dayandırsaydı, qat-qat çox itki olardı:

“Həmin illər tələbə idim. Çalışırdım da. Növbətçi idim. Həmin gecə xəbər gəldi ki, vəziyyət gərgindir.  Minik və təcili yardım maşınlarını vurmuşdular. Sonra biz olduğumuz istiqamətə işıqlı güllələrlə atəş açdılar. Tanklar maşınları itələyə-itələyə hərəkət edirdilər.

Metro səhərə qədər işlədi. İnsanlara mənəvi dəstək olduq, yönləndirdik. Metro işləməsəydi, faciənin miqyası qat-qat böyük olardı. Metro itkilərin qarşısını müəyyən qədər aldı, bir növ təcili yardım rolunu oynadı. 20 Yanvar şəhidlərinin sayəsində bu gün ayaqdayıq. Hər birinin əziz xatirəsi qarşısında baş əyirik”.

Oxşar xəbərlər

Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Metro, avtobus və dəmir yolundan istifadə edənlərə ŞAD XƏBƏR - Təsdiq edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunda stansiya yoluna düşən kişi xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Eyvandan yıxılan yeniyetməyə köməyə gəlməyən təcili yardım əməkdaşı ilə bağlı qərar verildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB Bakıdakı yanğınla bağlı məlumat yaydı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər