Daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin olunub
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Seyidli Elçin Mir Qasım oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Elçin Seyidlinin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.
"Sentyabrın 23-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Elçin Seyidli Almaniyadan ölkəmizə gətirilib", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Beynəlxalq axtarışa verilmiş daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib. [xfgiven_updateblue][/xfgiven_updateblue]
Axtarışa verilmiş şəxs ölkəmizə ekstradisiya olundu [xfgiven_updateblue][/xfgiven_updateblue]
12 il əvvəl prorektorun ölümünə görə institut direktoru və qohumu həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda prorektorun qətlini sabiq rektor sifariş edibmiş - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Separatçıların daha bir sabiq rəhbəri David Babayan saxlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












