Azərbaycanda daha bir şagird qızılcadan öldü
sizinxeber.az xəbər saytı

Azərbaycanda daha bir şagird qızılcadan öldü


Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.

Ö.Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.

Məktəbdən bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, son 2 ayda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

Oxşar xəbərlər

Qobustanda azyaşlı qızılcadan ölüb
Kürdəmirdə qızılcadan ölən azyaşlı peyvənd olunmayıbmış
Şəhid atası vəfat etdi
Qızılca Azərbaycanda daha bir uşağın həyatına son qoydu
ADPU-nun tələbəsi qızılca xəstəliyindən ölüb? - Həkimdən AÇIQLAMA + VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər