Yevlaxda görüş başladı
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.
Axar.az xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.
Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər. Rusiya sülhməramlı kontingentinin nümyayəndəsi iştirakçı kimi görüşə qatılıb.
Oxşar xəbərlər
Azərbaycanın mərkəzi hakimiyyəti erməni sakinlərə bu məsələlərdə yardım edəcək
Razılıq əldə olundu: Yenidən görüş keçiriləcək
Xocalıda ermənilərlə növbəti görüş BAŞLADI
PA Yevlax görüşü ilə bağlı məlumat yaydı
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













