Razılıq əldə olundu: Yenidən görüş keçiriləcək
Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
sx.buludhost.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.
Oxşar xəbərlər
Azərbaycanın mərkəzi hakimiyyəti erməni sakinlərə bu məsələlərdə yardım edəcək
PA Yevlax görüşü ilə bağlı məlumat yaydı
Yevlaxda görüş başladı
Xocalıda ermənilərlə növbəti görüş BAŞLADI
İşçi qrupun üzvləri bu tarixdə Xankəndiyə səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













