"Velosiped zolağı salınan Bakıda 27 metro stansiyası və yetərsiz sayda avtobuslar tıxacı azalda bilmir"
sizinxeber.az xəbər saytı

"Velosiped zolağı salınan Bakıda 27 metro stansiyası və yetərsiz sayda avtobuslar tıxacı azalda bilmir"


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlayıb. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.

Təbii ki, velosiped yollarının salınması önəmlidir. Amma küçələrin dar və şəhərin dolu olduğunu da nəzərə almaq lazımdır.

Nəqliyyat eksperti Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda velosibed zolaqları yox səviyyəsindədir.

Elməddin Muradlı 
Elməddin Muradlı

“Avtobus zolaqlarına keçid etməyə yenicə başlamışıq. Amma bütün bunların qarşılığında həm də danışırıq ki, tıxaca qarşı necə mübarizə aparaq. Tıxaca qarşı mübarizə aparmaq üçün ictimai nəqliyyatın inkişafı vacibdir. Bu, baş verərsə, o zaman tamamilə bu istiqamətdə inkişafa nail ola bilərik. İctimai nəqliyyat dedikdə, təkcə avtobus nəzərdə tutulmur. Metronun da inkişaf etdirilməsinə ciddi şəkildə ehtiyac var. Tramvay xətlərini bərpa etmək lazımdır. Bu istiqamətdə də bir çox işlər görülməlidir. Azərbaycanda, xüsusən Bakı şəhərində metro stansiyalarının sayı əhalinin sayına və yaxud Bakının ərazisinə uyğun olaraq hesablanmayıb. Bu qədər əhalisi və ərazisi olan bir şəhər üçün 27 metro stansiyası azdır. Müqayisə üçün; 300 kv.km ərazisi olan Ermənistanda İrəvanda 15 metro stansiyası, 400 kv.km ərazisi olan Tiflisdə 23 metro stansiyası, 2200 kv.km sahəsi olan Bakıda da cəmi 27 metro stansiyası var. Onun da 8 ədədi mövcud müstəqillik illərində tikilib”-deyə ekspert bildirib. Onun sözlərinə görə, bu da sovet imperiyasının yarıtmaz bir siyasəti idi. Bakını sanki bir ögey şəhər kimi görürdülər. Bakıda metro nəqliyyatının inkişafına maraq göstərmirdilər. Bu gün biz onun əziyyətini çəkirik.

Elməddin Muradlı hesab edir ki, bu baxımdan metro şəbəkəsinin genişlənməsinin inkişafına ciddi yanaşılmalıdır. Eyni zamanda avtobusların sayının artırılmasına intervalın dəqiq işləməsinə diqqət etmək lazımdır. Ciddi nəzarət olunmalıdır.

Velosiped zolaqlarına gəldikdə, ekspert bildirib ki, velosiped zolaqlarının istifadəyə verilməsi ictimai nəqliyyatın inkişafı qədər prioritet məsələ olmalıdır.

“Bu, BMT-nin çağırışıdır. Bütün dünya bu çağırışa qoşulur. Azərbaycan da dünyanın bir parçasıdır. Buna qoşulmalıdır. Amma indi mümkün olan küçələrdə və yollarda bunu etmək daha səmərəli olar. Effektivliyinə də baxmaq lazımdır.

Azərbaycanda, xüsusən Bakıda nə qədər velosiped istifadəçisi var? Velosiped sürən adam sağlamlıq, maşın sürən adam xəstəlik qazanır. Sükan arxasında əsəb, gərginlik, yanacaq xərcləri, ətraf mühiti çirkləndirmək… Velosipedlə avtomobil arasında nəqədər fərq var”-deyə Elməddin Muradlı vurğulayıb. O, qeyd edib ki, bu gün iqlim dəyişikliklərini, müxtəlif problemləri və artan xəstəlikləri nəzərə alsaq, sağlamlıq üçün nə lazımdırsa, ona doğru irəliləməliyik.

Oxşar xəbərlər

Bakının 10 yolunda tıxac yaranıb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
İşıqforlarda Yeni tədris ilinin başlaması ilə bağlı “yaşıl dalğa” tətbiq edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paytaxtın bir sıra yollarında sıxlıq yaranıb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının bir sıra yollarında tıxac yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər