Özəl bağçada ÖZBAŞINALIQ: Natəmizlik, Şiddət, Nəzarətsizlik
sizinxeber.az xəbər saytı

Özəl bağçada ÖZBAŞINALIQ: Natəmizlik, Şiddət, Nəzarətsizlik


Suraxanı rayonunda yerləşən özəl bağçadaki xaotik vəziyyətlə bağlı redaksiyamıza şikayət daxil olub.
Şikayətçi Abdullayeva Dilbər Kamil qızı 3 yaşlı nəvəsinin getdiyi "Pambıq Bağça"da uşaqlara diqqət göstərilmədiyini, körpələrin nəzarətsiz qaldıqları üçün bir-birlərinə qarşı şiddətli davranışlar sərgilədiyini, bağçadaki natəmizlikdən narahat olduğunu “Patrul.az”a verdiyi müsahibəsində dilə gətirməklə yanaşı bunların əks olunduğu video materialları da redaksiyamıza  təqdim edib. Təqdim edilən videolarda bağça direktoru Jasmin xanımın uşaqların gözü önündə qışqırbağır salması, qapıları təpikləməsi də əks olunub. Müsahibimiz iddia edir ki, belə hadisə o, direktora şikayət etdiyi zaman da yaşanıb və direktorla yanaşı bağça müəllimləri də onun üzərinə hücum çəkiblər.
Məsələnin aidiyyatı qurumlar tərəfindən araşdırılaraq lazımlı ölçü götürüləcəyini ümid etdiyini bildirən A. Dilbər, körpələrin bu şəraitdə qalaraq həm fiziki, həm də mənəvi olaraq sarsılmalarından narahat olduğunu deyib.



Oxşar xəbərlər

Məktəbdə qalmaqal: Direktor müəllimi döyüb? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatalada çaqqal məktəblilərə və valideynlərə HÜCUM ETDİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il bağçalarda dövlət-özəl əməkdaşlığı pilot layihə kimi tətbiq olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Direktorla müəllimin mübahisəsi şagirdlərin gözü qarşısında baş verməməlidir" - ETİRAZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Turalənin ölümünə səbəb olanlar azadlıqdadır - Atası [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər