

Turalənin ölümünə səbəb olanlar azadlıqdadır - Atası
2023-cü ilin iyul ayının 19-da Mingəçevir şəhər Prokurorluğunun binasından özünü ataraq intihar etdiyi deyilən Turalə Aslanovanın atası Natiq Aslanov açıqlama verib.
Sizinxəbər.az xəbər verir ki, o, Globalinfo.az-a açıqlamasında istintaqın davam etdiyini bildirib:
“Hazırda heç bir dəyişiklik yoxdur, istintaq davam edir, hər şeyin yaxşı olacağını deyirlər. Baş verən hadisədən sonra qızımın ölümünə səbəb olan Kəmalə Quliyeva ilə müstəntiq Zaur Tanrıverdiyevi işdən azad ediblər. Lakin onlar azadlıqdadırlar və bu, məni narahat edir”.
N.Aslanov tez-tez prokurorluğa getdiyini deyib:
“İşimizi Bakı Şəhər Baş Prokurorluğu araşdırır. Onlar dəvət edən zaman da gedirəm, bəzən çağırılmasam da gedirəm, maraqlanıram. Yetərincə sübutlar təqdim etmişəm, amma hələ həbs olunan bir kimsə yoxdur. İstintaqın bitməsini gözləyirik. Ümid edirəm ki, cinayətkarlar öz cəzalarını layiqincə alacaqlar. Mən itirdiyimi itirmişəm, bu işin sonuna qədər gedəcəm. Adım kimi əminəm ki, qızımı otaqda öldürüblər. Ona görə də, qatillər azadlıqda gəzə bilməzlər”.
Qeyd edək ki, 32 yaşlı Turalə Aslanovanın Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi iddia edilsə də, ailəsi onun öldürüldüyündən şübhələnir.
Xatırladaq ki, Turalə Aslanovanın 413 min manat məbləğdə pulu mənimsədiyi bildirilir.
Oxşar xəbərlər
Haqqında araşdırma başladılan Nəcməddin Sadıkov: “Bu məsələlər sizi niyə narahat edir ki?”
Əsirlikdən azad olunan Aqşin Bəbirovun atası DANIŞDI
2024 proqnozu: Ölkələr yox olacaq, yüzlərlə şəhər...
Qobustanda azyaşlı qızılcadan ölüb
İlhamə Quliyeva son nəfəsində nə deyib?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı
-
Nazirin səsindən istifadə edildi, iş adamları hədəf alındı
-
Azərbaycan-Rusiya münasibətləri: Təyyarə hadisəsi, miqrantlara təzyiqlər və "Rus Evi"nin bağlanması
-
Qərbi Azərbaycan Xronikası: Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar
-
Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alan var
-
İsrailin müdafiə naziri HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham edib
