Xaricdən sifariş verdiyimiz bağlama itirsə… - Ekspert
Xaricdən sifariş etdiyimiz bağlamalar bəzən aylarla vətəndaşa çatdırılmır. Bu zaman itmiş bağlamalara görə kimin məsuliyyət daşıdığı vətəndaşların əsas maraq dairəsindədir.
Məsələ ilə bağlı Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, itən bağlamalara görə məsuliyyət ya karqo, ya da sığorta şirkətinin üzərinə düşür:
“Bu, sifariş zamanı karqo şirkətinin saytda qeyd etdiyi müqavilələrdən asılıdır. Ya həmin itən bağlamalar sığortalanır və sığorta şirkəti tərəfindən ödənilir, ya da çatdırılma şirkəti məsuliyyəti öz üzərinə götürür və itən bağlamanın məbləğini ödəyir. Bu məsələ heç bir halda vətəndaşın məsuliyyətində qalmamalıdır”.
Natiq Cəfərli vətəndaşları xaricdən mal sifariş verərkən diqqətli olmağa çağırıb:
“Vətəndaşlar karqo şirkətləri vasitəsilə sifariş verərkən, onlayn formada təqdim olunan müqavilələrin şərtlərini diqqətlə oxuyub sonra təsdiq etməlidirlər. Lakin bəziləri buna fikir vermir. Belə hallarda bağlamayla bağlı hansısa bir problem olduqda vətəndaş istəmədiyi halda çarəsiz vəziyyətdə qalır”.
Oxşar xəbərlər
Hindistan Ermənistana yeni silahlar göndərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzdə evləri sökürlər: Sakinlərdən 100 min manat kəsilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Agentlikdən sağlamlıq üçün toplanan vəsaitlərlə bağlı - Müraciət [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda prorektorun qətlini sabiq rektor sifariş edibmiş - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin rəqəmsallaşdırılmasının mahiyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












