Azərbaycanın sənaye zonalarından indiyə qədər 13,5 milyard manatlıq məhsul satılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın sənaye zonalarından indiyə qədər 13,5 milyard manatlıq məhsul satılıb


Bu il iyulun 1-nə qədər Azərbaycanda sənaye zonalarından 13,5 milyard manatlıq məhsul satılıb, bunun da 4,4 milyard manatlıq hissəsi ixrac edilib.

Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, satışın 1,4 milyard manatlıq, ixracın isə 0,5 milyard manatlıq hissəsi bu ilin I yarısının payına düşüb.

Sənaye zonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəyə ixrac edilib.

İndiyə qədər sənaye zonalarında ümumi investisiya dəyəri 8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar sənaye zonalarına 6,8 milyard manat investisiya yatırıb və 10 500-dən çox daimi iş yeri yaradıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiya yatırılması və 7 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Oxşar xəbərlər

İZİA sədri: Sənaye zonalarına 864 mln. manat investisiya planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt Kimya Sənaye Parkından ixracın dəyəri 3 milyard manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın pul qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər