“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib
“AzerGold” QSC-nin təşkilatçılığı, “Daşkəsən Dəmir Filiz” MMC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə “Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib.
"Report" “AzerGold”a istinadən xəbər verir ki, “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə keçirilən aksiyada “Daşkəsən Dəmir Filiz”in əməkdaşları və RİİB-in könüllüləri iştirak ediblər. Aksiya iştirakçıları Xoşbulaq kəndinin ərazisində yerləşən təqribən 2 hektara yaxın meşə ərazisini plastik, polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizləyib. Yığılmış tullantılar çeşidlənərək, təkrar emala yönəldilib. Aksiya çərçivəsində Daşkəsən rayonu ərazisində yeni tullantı konteynerləri və zibil qutuları yerləşdirilib.
“Təmiz Daşkəsən” ekoloji layihəsində əsas məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. Bu məqsədlə “Təmiz Daşkəsən” ekoloji layihəsi çərçivəsində rayonun müxtəlif ərazilərində bu tip aksiyaların təşkili davam etdiriləcək.
Oxşar xəbərlər
“Daşkəsən” dəmir filizi yataqları qrupunda geoloji tədqiqatlar davam etdirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə biomüxtəlifliyin qorunması məqsədilə ekoloji aksiya keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda dəmir yollarının təhkim zolaqları tullantılardan təmizlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL və "Azərsun Holdinq" yaşıl dünya naminə əməkdaşlığa başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Könüllüləri “Təkrar emal fəalları” adlı təmizlik aksiyası keçiriblər - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












