Pirallahı Sənaye Parkından indiyə qədər 53 milyon manatlıq məhsul satılıb
sizinxeber.az xəbər saytı

Pirallahı Sənaye Parkından indiyə qədər 53 milyon manatlıq məhsul satılıb


İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkından 53 milyon manatlıq məhsul satışı həyata keçirilib.

"Sizinxeber.az" bu barədə agentliyə istinadən xəbər verir.

Xatırladaq ki, investisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə Parkın rezidenti statusu verilib, bundan 2-si istehsal fəaliyyətinə başlayıb.

Bu günə qədər Pirallahı Sənaye Parkına 41 milyon manat investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə olaraq 76 milyon manatdan çox investisiyanın qoyulması, 400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.

Oxşar xəbərlər

Azərbaycanın sənaye zonalarından indiyə qədər 13,5 milyard manatlıq məhsul satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pirallahı Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İZİA sədri: Sənaye zonalarına 864 mln. manat investisiya planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkının rezidentlərinin sayı 27-yə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt Kimya Sənaye Parkından ixracın dəyəri 3 milyard manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər