“AzerGold” növbəti Təqaüd proqramını elan edir
“AzerGold” QSC dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün növbəti “Təqaüd proqramı” müsabiqəsini elan edir.
Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədi ilə təsis edilən təqaüd Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq. Müsabiqədə 2025-2026-cı tədris ili üzrə bakalavr və magistr səviyyəsinin sonuncu kursunda dağ-mədən mühəndisliyi, geologiya, ekologiya və metallurgiya mühəndisliyi sahələri üzrə əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr iştirak edə bilərlər. Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən ibarətdir.
Cəmiyyətin Təqaüd komissiyasının apardığı qiymətləndirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq. Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər Təqaüd proqramına cəlb edilərək, hər biri müvafiq təltifnamə və tədris ili müddətində, hər ay 200 manat təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra tələblərə uyğun müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
“Təqaüd proqramı” layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün “AzerGold”un veb-saytında “Karyera” bölməsində yaradılmış daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur. Müsabiqəyə elan dərc edildiyi gündən (11 avqust 2025-ci il) start verilir. Müraciət üçün son tarix 30 avqust 2025-ci ildir.
Oxşar xəbərlər
“AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edib
“AzerGold” növbəti Təqaüd proqramını elan edib
Aİİ tələbələri üçün yeni təqaüd proqramları təsis edilib
“AzerGold” və Peşə Təhsili üzrə Dövlət Agentliyi növbəti Təqaüd proqramını elan edib
Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








