Sumqayıt Kimya Sənaye Parkında polimer kisə istehsalı müəssisəsi yaradılır
sizinxeber.az xəbər saytı

Sumqayıt Kimya Sənaye Parkında polimer kisə istehsalı müəssisəsi yaradılır


“Nun” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

"Report" bu barədə Parkın idarəçisi - İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla da Parkın rezidentlərinin sayı 39-a çatıb.

Yeni rezident parkda polimer kisə istehsal edəcək. Layihənin investisiya dəyəri 11,2 milyon manatdır.

Hindistanın "Lohia Corp Ltd." şirkətinin texnologiyasından istifadə ediləcək müəssisədə il ərzində 3120 ton laminatlı və polipropilen kisə istehsal edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Ağdam Sənaye Parkında led işıqların istehsalı müəssisəsi yaradılır
Sumqayıt Kimya Sənaye Parkında gübrə istehsalı zavodunun tikintisinin xərci açıqlanıb
Türkiyə şirkəti Sumqayıt Kimya Sənaye Parkına 9 milyon manat pul yatıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər