

Yanacaqdoldurma obyektlərinin istismarı ilə bağlı şərtlər dəyişib
Yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün tələb olunan şərtlər dəyişib.
APA xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edilib.
Qərara əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər:
-lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
-fəaliyyət növü üzrə normativ hüquqi aktların və işlərin aparılması qaydalarını müəyyənləşdirən texniki sənədlərin siyahısı;
- yanacaqdoldurma və qaz təchizatı obyektinin istismara qəbulu aktının surəti;
- yanacaqdoldurma və qaz təchizatı obyektində istifadə olunan partlayış
- yanğın mühafizəli avadanlıqların, mühərriklərin və cihazların “Texniki təhlükəsizlik sertifikatı”nın surəti;
- yanacaqdoldurma obyektində (mikro və kiçik sahibkarlıq subyektlərinə məxsus obyektlər istisna olmaqla) elektrik mühərrikli nəqliyyat vasitələri üçün 50 kVt-dan az olmayan nominal gücə malik elektrik enerjisi doldurma məntəqələrinin mövcudluğu;
- fəaliyyət növü ilə əlaqədar ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi;
- ərizəçinin görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizliyinə nəzarət sisteminə malik olması barədə sənədlərin surəti;
- yanacaqdoldurma məntəqəsinin texniki təhlükəsizlik bəyannaməsi.
Oxşar xəbərlər
Azərbaycanda qaz təsərrüfatı obyektlərinin istismarı üçün dövlət rüsumu artırılıb
Milli Məclis qaz təsərrüfatı obyektlərinin istismarı üçün dövlət rüsumunun artırılmasını təsdiqləyib
Lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarətin təkmilləşdirilməsi haqqında dəyişikliklər ilk oxunuşda qəbul edilib
ADY təhlükəli yüklərin daşınması üçün lisenziya almayacaq
“Azpetrol” yanacaqdoldurma məntəqələrinin sayını 108-ə çatdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Coratda güclü yanğın baş verib
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
