“Google”nin həmtəsisçisi “Alphabet”in 700 milyon dollarlıq səhmini hədiyyə edib
sizinxeber.az xəbər saytı

“Google”nin həmtəsisçisi “Alphabet”in 700 milyon dollarlıq səhmini hədiyyə edib


Amerikanın “Google” korporasiyasının həmtəsisçisi, “Forbes” jurnalının versiyasına görə, planetin ən varlı adamları siyahısında (sərvəti - 134 milyard dollar) səkkizinci olan Sergey Brin, naməlum alıcıya təxminən 700 milyon dollar dəyərində “Alphabet” texnoloji şirkətinin səhmlərini bağışlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, “Alphabet”in 4,1 milyon səhmi xeyriyyəçiliyə və ya etibar fondlarına yönəldilə bilər. “Bloomberg” qeyd edib ki, Brin tez-tez parkinson xəstəliyini araşdırmaq üçün vəsait bağışlayır. Bundan əlavə, 2023-cü ildə iqlim və səhiyyə məsələləri ilə məşğul olan qeyri-kommersiya təşkilatı yaradıb.

Oxşar xəbərlər

İlon Mask dünyanın ən varlı 10 adamının siyahısına başçılıq edir
“Forbes”: Mask dünyanın ən varlı insanı seçilib
Trampın qələbəsi dünyanın ən zəngin 10 adamına rekord 64 milyard dollar qazandırıb
Bezos "Amazon"un 2 milyard dollarlıq səhmlərini satıb
2023-cü ildə ən çox maaş alan futbolçu məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər