

“AzerGold”dun KSM Komitəsinin üzvləri Göygöldə yerli sakinlərlə görüşüb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Göygöl rayonunda növbəti görüşü keçirilib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən görüşdə “AzerGold” QSC-nin hazırda hasilat işləri həyata keçirdiyi “Tülallar” qızıl mədənin yaxınlığında yerləşən Tülallar və Zurnabad kəndlərinin sakinləri iştirak ediblər.
Ənənəvi görüşün məqsədi yerli icmalarla işin gücləndirilməsi, görülən işlərlə bağlı məlumat verilməsi, sosial ehtiyacların öyrənilməsi, rəy və təkliflərin dinlənilməsidir.
“AzerGold” QSC-nin KSM Komitəsinin sədri, İdarə Heyətinin üzvü - sədrin müavini Xəyyam Fərzəliyev çıxış edərək “Tülallar” qızıl mədəninin SSRİ dövründə kəşf edilsə də, geniş tədqiq edilmədiyini, Səhmdar Cəmiyyətinin apardığı geniş tədqiqatlar nəticəsində ehtiyatları təsdiqlənərək, dövlət balansına alındığı, 2023-cü ildən istismar işlərinin aparıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, “Tülallar” mədəninin istismara verilməsi bölgədə məşğulluğun artırılması, Göygöl rayonunun əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına mühüm töhfələr verib.
X.Fərzəliyev “AzerGold” QSC və podratçı şirkətlər tərəfindən ümumilikdə 204 nəfər Göygöl rayon sakininin işlə təmin edildiyini diqqətə çatdırıb.
Ötən dövr ərzində regionda sosial rifahın gücləndirilməsi istiqamətində dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Cari ildə sosial yardım aksiyaları, aqrar təsərrüfatların inkişafı, maarifləndirmə, ətraf mühit və digər istiqamətlər üzrə layihələrin icra ediləcəyi qeyd olunub.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə edilib, vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və Cəmiyyətin səlahiyyətləri və qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.
Qeyd edək ki, Cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələrin icrası çərçivəsində kənd sakinləri ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.
Oxşar xəbərlər
“AzerGold”dun KSM Komitəsinin sədri Naxçıvanda sakinlərlə görüşüb - FOTO
“AzerGold” QSC ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib
Daşkəsən şəhərində vətəndaşlarla növbəti görüş keçirilib
“AzerGold” tərəfindən 2000-ci xəlitə istehsal edilib
Gədəbəydə “AzerGold” və “R.V. Investment Group Services, LLC ABŞ” arasında görüş keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fateme Mohacerani: İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan verəcək
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
Mətin Kərimli: Xankəndi sülhün, yenilənmənin və tərəqqinin rəmzinə çevrilib
-
İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
