MSK: Parlament seçkilərində veb-kameralara baxış sayı kəskin artıb
sizinxeber.az xəbər saytı

MSK: Parlament seçkilərində veb-kameralara baxış sayı kəskin artıb


Növbədənkənar parlament seçkilərində veb-kameralara baxış sayı məlum olub.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.

Növbədənkənar parlament seçkilərində veb-kameralara baxış sayı 570 049 olub. Bu, 2020-ci ildə keçirilən parlament seçkiləri ilə müqayisədə 2 dəfədən çoxdur. 2020-ci ildə parlament seçkilərində veb-kameralara baxış sayı 227 866 olub.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, veb-kamera ilə seçkiləri müşahidə edənlərin sayındakı ciddi artım veb-kameraların seçki prosesindəki səmərəliliyinin göstəricisidir.

Oxşar xəbərlər

Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı açıqlanıb
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 480 yerli müşahidəçi qeydə alınıb
Azərbaycanda parlament seçkiləri ilə əlaqədar indiyədək 228 beynəlxalq müşahidəçi qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər