MSK-da ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüş keçirilib
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 14-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən APA-ya verilən xəbərə görə, beynəlxalq müşahidəçiləri salamlayan sədr Məzahir Pənahov, Missiyanın görüş üçün təşəbbüsünü yüksək qiymətləndirib.
Ditmir Buşati səmimi qəbula görə minnətdarlığını ifadə edib və Milli Məclisə seçkilərdə proseslərin gedişi ilə maraqlanıb.
MSK sədri seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülən işlər, ölkə vətəndaşlarının seçmək və seçilmək hüquqlarının daha səmərəli realizə olunması üçün Komissiyanın fəaliyyəti və reallaşdırılan çoxsaylı müxtəlif səpkili layihələrdən danışıb, bütün addımların qanunvericiliyin tələblərinə uyğun və tam şəffaflıq şəraitində atıldığını diqqətə çatdırıb.
Qonaqların suallarını cavablandıran sədr Məzahir Pənahov, həmçinin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək Milli Məclisə seçkilərə hazırlıqların və nəzərdə tutulan genişmiqyaslı layihələrin müvəffəqiyyətlə davam etdiyini vurğulayıb.
Görüş zamanı Milli Məclisə seçkilərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi və müzakirələr aparılıb.
Oxşar xəbərlər
Məzahir Pənahov MDB nümayəndə heyəti ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Seçki Komissiyasının sədri ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov ATƏT DTİHB Müşahidə Missiyasının rəhbərini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ATƏT-in müşahidə missiyası sabahdan Azərbaycanda fəaliyyətə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












