AQTA: Almaniya və ABŞ-dən gətirilən bəzi məhsullara məhdudiyyət qoyulub
Almaniya Baden-Vürtemberq vilayətində və ABŞ-nin bəzi ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınması ilə əlaqədar bu ərazilərdən bəzi məhsulların gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Almaniya Federativ Respublikasının Baden-Vürtemberq vilayətində, Amerika Birləşmiş Ştatlarının isə Nebraska, Miçiqan, Ohayo, Arkanzas, Qərbi Virciniya, Delaver, İndiana ştatlarında və Puerto-Riko ərazisində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu inzibati ərazi vahidlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Bəzi ölkələrdən Azərbaycana idxal edilən məhsullara məhdudiyyət qoyulub
Polşanın bir ərazisindən Azərbaycana quş əti və məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
Avropanın dörd ölkəsinin bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
AQTA: ABŞ-nin iki ştatından məhsul idxalına qoyulan məhdudiyyət ləğv edilib
Bir sıra ölkələrdən Azərbaycana quş əti, quş yemi və avadanlıqların idxalına məhdudiyyət qoyulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












