Azərbaycanda qrip əleyhinə vaksinasiya üçün müraciət edənlərin sayı artıb
Son vaxtlar Azərbaycanda qrip əleyhinə vaksinasiya üçün müraciət edənlərin sayı artıb.
“Sizinxeber.az”un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi sosial media hesabındakı canlı yayımında deyib.
O, nazirliyin aidiyyəti tibb müəssisələrində peyvəndlərin mövcud olduğunu da xatırladıb.
T.Eyvazov vurğulayıb ki, bəzi vaksinlər bir yox, bir neçə ştamm üçün effektivdir:
"Ümumilikdə peyvənd vurulmasından imtina doğru yanaşma deyil. Aydın məsələdir ki, qrip virusları mutasiyaya uğrayır. Aidiyyəti təşkilatlar bu mutasiyaları izləyir, region üzrə yayıla biləcək virusları təyin edir və buna əsasən müəyyən vaksinlər hazırlanır”.
Qeyd edək ki, payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyaları yayılır. Əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirib və səhiyyə nazirinin müvafiq əmrinə əsasən ötən il sentyabr ayının 10-dan vaksinasiyaya başlanılıb.
Oxşar xəbərlər
Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı var, əlavə partiya alınmayacaq - RƏSMİ
Yeni yayılan respirator virusla bağlı Azərbaycanın təhsil müəssisələrində davamiyyət normaldır - RƏSMİ
Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiyaya çağırıb
Qrip əleyhinə vaksinasiyaya başlanılıb
Azərbaycana qrip əleyhinə peyvənd gətirilib, vaksinasiyaya başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













