Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsi təşkil edilib
sizinxeber.az xəbər saytı

Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsi təşkil edilib


Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı aksiyalara və müxtəlif istiqamətlərdə tibbi müayinələrin keçirilməsinə başlayıb.

Nazirlikdən "Sizinxeber.az"a verilən məlumata görə, məqsəd işğaldan azad olunan ərazilərə köçürülən əhali arasında fiziki aktivliyin təbliği, eyni zamanda vətəndaşların sağlamlığının daha da gücləndirilməsinə əlavə töhfə verməkdən ibarətdir.

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun keçirdiyi ilk belə tədbir azad olunan Füzuli şəhərində baş tutub. Tədbir çərçivəsində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində yaşayan uşaqların kompleks tibbi müayinələri aparılıb.

Oxşar xəbərlər

“Qaçqınkom”dan azad olunan ərazilərə köçürülən şəxslərlə bağlı iddialara CAVAB
Füzuli şəhərinin işğaldan azad edilməsindən 3 il ötür
Qarabağa getmək istəyənlərin nəzərinə!
Bu, xəstəliklərin yayılmasının qarşısını alır - Səhiyyə naziri
Növbəti ildən tibb müəssisələrinə ƏDV güzəşti tətbiq ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər