Ölkə.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin “Rewards for Justice” proqramının saytında məlumat verilib.

Elana əsasən, müvafiq məlumatları təqdim edən şəxslərin başqa yerə köçürülməsi də nəzərdə tutulur.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə İranın nüvə silahı əldə etməsinin qarşısını almağın ölkəyə qarşı müharibənin əsas məqsədlərindən biri olduğunu bildirib.

Xatırladaq ki, 2025-ci ilin iyununda Ağ Ev ABŞ-nin zərbələri nəticəsində İranın bir neçə nüvə obyektinin tamamilə məhv edildiyini bəyan edib. Lakin sonradan bəzi ekspertlər Tehranın nüvə materiallarının ən azı bir hissəsini əvvəlcədən təhlükəsiz yerə köçürə biləcəyini ehtimal ediblər.

Həmidə İbrahimova