ABŞ Prezidenti Donald Tramp Ağ Ev aparatının rəhbəri vəzifəsinə Stiven Milleri təyin edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Tramp administrasiyasında Ağ Evin aparat rəhbərinin müavini və ən yaxın müşavirlərimdən biri olan Stiven Millerin 2026-cı il noyabrın 9-dan etibarən Ağ Evin aparat rəhbəri vəzifəsini tutacağını elan etməkdən məmnunam. Hazırda bu vəzifəni icra edən Syuzi Uayls siyasi fəaliyyəti ilə əlaqəli qeyri-hökumət təşkilatında işini davam etdirəcək. Uaylsa vəzifəsində göstərdiyi “müstəsna xidmətlərə” görə təşəkkür edirəm”, – deyə Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl “Politico” nəşri mənbələrinə istinadən Trampın Syuzi Uaylsı vəzifədən uzaqlaşdırmaq imkanını yaxın ətrafı ilə müzakirə etdiyini yazmışdı. Məlumata görə, ABŞ Prezidenti dostları və siyasi müttəfiqləri ilə əlaqə saxlayaraq Ağ Evin aparat rəhbərinin dəyişdirilməsi barədə onların fikirlərini öyrənib.