× Maraqlı MÜSAHİBƏ Press-reliz Manşet Kriminal AVTO-MOTO Sağlamlıq Şou-biznes
  • ☰ BöLmələr

Qızılcadan qorunmaq üçün bu qidalar faydalıdır

Təəssüf ki, qızılca infeksiyasından tam müdafiə yoxdur. Sadəcə immuniteti gücləndirən tibbi prosedur mövcuddur. Qızılca infeksiyasına yoluxan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir.

Sizinxeber.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında pediatr, həkim-allerqoloq Xəyalə Quliyeva deyib.

Onun sözlərinə görə, müalicə məhz xəstəliyin əlamətlərinə görə təyin olunur:

"Məsələn, hərarət, öskürək varsa, onlara uyğun olan həblər verilir. Əsasən, xəstəliyin ağırlaşmasının qarşısını ala biləcək dərman kimi A vitamini məsləhət görülür. Bu vitamin meningitdən, otitdən, pnevmaniyadan, ən əsası isə görmə problemindən qoruyur. Əgər qızılca infeksiyasına yoluxma diaqnozu qoyulubsa, mütləq A vitamini qəbul edilməlidir. Xəstəliyin simptomlarına gəlincə, bunlar gözdə əzginlik, qızartılar, öskürək və sonda hərarətin artmasıdır. Qızılca xəstəliyinə yoluxanların bir neçə gün sonra bədənində səpkilər yaranır. Səpkilər ilk gün üzdə, qulaqda olur, növbəti gün boyun və yuxarı ətraflara, sonrakı günlər isə aşağı ətraflara yayılır".

Mütəxəssis vurğulayıb ki, bu dövrdə A vitamini ilə zəngin olan qidalar qəbul edilməlidir:

"Bura süd məhsulları, portağal, yerkökü və s. daxildir. Eyni zamanda, bolluca maye qəbul edilməlidir, çünki xəstəlik zamanı dəri su itirir, susuzlaşır. Xəstə yataq rejiminə keçməli və heç kimlə təmasda olmamalıdır. Digər qorunma yolu isə peyvənd olunmaqdır. Qızılca infeksiyasına yoluxan uşağın ayrı otaqda saxlanması tövsiyə olunur. Otağı tez-tez havalandırmalı, günəş işığının düşməsinə nəzarət etməli, həmçinin otaqda rütubətə diqqət yetirilməlidir. Onlara qulluq edən şəxslər isə qoruyucu maskadan istifadə etməlidirlər. Peyvənd 1 və 6 yaş aralığında edilir. Əgər 1 yaşında peyvənd olunmayıbsa, 6 yaşa kimi, 6 yaşda olunmayıbsa, 10 yaşa kimi vaksin vurulmalıdır. Ümumiyyətlə, peyvənd dozasını almayıbsa, 6 yaşından sonra müəyyən nəzarətlə peyvənd oluna bilər".

SON XƏBƏRLƏR

Pensiyaçılara MÜJDƏ: Gözlənilən sərəncam imzalandı

Lənkəranda utancverici mənzərə: Tarix bank binası ilə əvəzlənib

Naxçıvanın yeni baş nazirinin DOSYESİ

ABŞ Prezidenti Hindistana xəbərdarlıq edib

Elit məktəb, girişdə silah sərbəstdir

Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama

Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Bako Saakyana hökm oxundu

Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub

M10 2 gündür susur: vətəndaş çətinlikdə

“m10”un fəaliyyətində yaranan fasilənin səbəbi açıqlandı

Leyla Əliyeva Əbu-Dabidə “İnsan Qardaşlığı Məclisi” tədbirində - Fotolar

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər

Hüquq müdafiəçisi: Azərbaycan gəncliyinə və gənclərə etimad artıq öz təsdiqini tapıb

Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb"

İrana doğru böyük qüvvə irəliləyir - Tramp

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Tramp: "Putin Ukraynaya zərbələri bir həftəlik dayandırmağa razılaşıb"

Prezident onlara ali xüsusi rütbələr verdi

BÜTÜN XƏBƏRLƏR