Nizami rayonunda şadlıq sarayında ətlərdə at DNT-si aşkarlanıb
sizinxeber.az xəbər saytı

Nizami rayonunda şadlıq sarayında ətlərdə at DNT-si aşkarlanıb


Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən "Alp Delux" şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, restorana baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib.

Şübhəli hallar səbəbilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb. Nöqsanlarla bağlı obyektin rəhbəri barəsində inzibati protokol tərtib edilib. Ətlər dövriyyədən çıxarılaraq istehlaka təqdim olunmasının qarşısı alınıb, icrası məcburi göstərişlər verilib.

Oxşar xəbərlər

“Keşlə” bazarında istehlaka yararsız 800 kq-a yaxın balıq məhsulu aşkarlanıb
Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
İstehlaka yararsız 227 kq at əti aşkarlanıb
Xankəndidə mağazada yararsız məhsullar aşkarlanıb
Lökbatanda 100 kq at əti aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər