Ağstafa xəstəxanasının Təcili tibbi yardım şöbəsi təmirdən sonra istifadəyə verilib
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi əsaslı təmir olunaraq yenidən istifadəyə verilib.
Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, açılış mərasimində TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyad Yusifov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Müşfiq Hüseynov, xəstəxana əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Təcili tibbi yardım şöbəsinin fəaliyyəti barədə məlumat verən Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyad Yusifov deyib ki, əsaslı təmir işlərinə 2025-ci ilin avqust ayında başlanılıb və şöbə strukturunun təkmilləşdirilməsinə, müasir tələblərə uyğunlaşdırılmasına çalışılıb.
Təmir zamanı xəstələrin vəziyyətlərinin ağırlıq dərəcələrinə görə çeşidlənməsi üçün triaj (tibbi çeşidləmə) sahəsi yaradılıb. Sürətli, effektiv və keyfiyyətli tibbi yardımın göstərilməsinin təmin edilməsi üçün qırmızı, sarı və yaşıl sahələr ayrılıb.
Bunlardan əlavə, pediatrik yardım, kiçik cərrahi əməliyyat və müdaxilə, o cümlədən təcili doğum otaqları yaradılıb.
Təmir zamanı şöbəyə mərkəzləşdirilmiş oksigen sistemi quraşdırılıb və binadan kənarda stansiya yaradılıb. Eyni zamanda şöbənin elektrik və istilik sistemləri də yenidən qurulub. Şöbə yeni tibbi avadanlıqlarla təchiz edilib.
Oxşar xəbərlər
TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb
Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yeni baş həkim təyin olunub
Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub
Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti qənaətbəxşdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
