Naxçıvanda 31 il əvvəl şəhid olmuş əsgərin qarşılanma mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

Naxçıvanda 31 il əvvəl şəhid olmuş əsgərin qarşılanma mərasimi keçirilib


Azərbaycan ordusunun 31 il öncə şəhid olmuş hərbi qulluqçusunun nəşi el-obasına gətirilib.

“Report”un yerli bürosu xəbər verir ki, 1994-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olmuş, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd sakini Məmmədov Muxtar Bayram oğlunun nəşi işğaldan azad edilmiş ərazilərdə tapılaraq mayın 16-da Naxçıvana gətirilib.

Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olub. Mərasimdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.

Şəhidin üçrəngli Azərbaycan bayrağına bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Tədbir iştirakçıları şəhidin xatirəsini dərin ehtiramla yad ediblər.

Mərasimdə yaylım atəşi açılıb, Qurandan ayələr oxunub və şəhidin cənazəsinin önündən keçilib.

Şəhid doğulduğu Sədərək rayonunun Dəmirçi kəndində vida mərasimi keçirildikdən sonra Şərur şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Oxşar xəbərlər

Şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəhid Muxtar Məmmədovun nəşi Naxçıvana gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi + FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avtoqəzada həlak olan hərbçi Nihad Namazovun nəşi Tovuz rayonuna gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər