Səfir: Macarıstan Qarabağın azad olunmuş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırdır
sizinxeber.az xəbər saytı

Səfir: Macarıstan Qarabağın azad olunmuş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırdır


Macarıstan Azərbaycanın ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləyib və Qarabağın azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasında iştirak etməyə hazırdır.

Bunu “Sizinxeber.az”un Naxçıvan bürosuna açıqlamasında Muxtar Respublikada səfərdə olan Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

O qeyd edib ki, Macarıstanın KÉSZ Qrupu Cəbrayılın Soltanlı kəndini yenidən quracaq və bununla da təqribən 6 min nəfər üçün yaşayış təmin edəcək:

“Soltanlıdakı yeni məktəb Macarıstan hökumətinin ianəsi ilə tikiləcək. Macarıstan bir dövlət olaraq və ölkəmizin şirkətləri "Qarabağı Yenidən Qur" sərgilərində müntəzəm iştirak ediblər. Biz Macarıstan tikinti sektorunun innovativ həllərini Azərbaycana gətirməyə hazırıq. Qarabağın bərpasında ortaq səylərimiz və əməkdaşlığımız ölkələrimizin güclü və strateji əlaqələrini daha da möhkəmləndirir”.

Diplomat vurğulayıb ki, Macarıstan 2021-ci ildə Azərbaycana minalardan təmizləmə səyləri üçün maliyyə dəstəyi təklif edən ilk ölkə oldu.

“O vaxtdan bəri biz bu məsələyə aid bütün mühüm tədbirlərdə fəal iştirak etmişik və azad olunmuş ərazilərə əhalinin təhlükəsiz qayıdışını mümkün qədər tezləşdirmək üçün əlimizdən gələni əsirgəməmişik”, - səfir deyib.

Oxşar xəbərlər

Macarıstan şirkətləri Azərbaycanın azad edilən bir sıra ərazilərində bərpa işləri həyata keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Minatəmizləmə sahəsində Macarıstan Azərbaycana dəstək göstərməyə davam edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: COP29-da Macarıstanı Baş nazir Viktor Orban təmsil edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Macarıstan səfiri: Hökumətlərarası Komissiyanın 11-ci iclası Azərbaycanla əməkdaşlığı daha da gücləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tamaş Torma: Macarıstanın Azərbaycana ixracının 49 faizini əczaçılıq məhsulları təşkil edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər