“NomadMania” səyyah klubunun Ağdama səfəri başlayıb
“NomadMania” səyyah klubunun Ağdam şəhərinə səfəri başlayıb.
"Sizinxeber.az"un Ağdama ezam olunmuş əməkdaşının məlumatına görə, səyyahların şəhərə səfəri ermənilərin tamamilə dağıtdığı Şəhidlər Xiyabanını ziyarətlə başlayıb.
İşğal altında olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər yaşayış məntəqələrində olduğu kimi, Ağdam şəhərində də vandalizm aktlarının törədildiyi səyyahların diqqətinə çatdırılıb.
Bildirilib ki, etnik təmizləmə ilə yanaşı, ərazidəki tarixi-mədəni abidələrin də məhv edilməsi Ermənistanın işğalçılıq siyasətinin əsasını təşkil edib. Odur ki, yalnız tarixi məkanlar deyil, məzarlıqlar da dağıdılıb, qəbirlərdəki qalıqlar çıxarılaraq yox edilib.
“NomadMania səyyah klubunun üzvləri Ağdam şəhərindəki Cümə məscidi və "İmarət" kompleksi də tanış olublar, bu abidələr barədə qonaqlara ətraflı məlumat verilib.
Ağdam şəhərini gəzən səyyahlar işğaldan azad edildikdən sonra ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, həmçinin burada geniş yenidənqurma işlərinin aparılması barədə də məlumatlandırılıblar. Ağdamın işğaldan sonra yenidən qurulan bir sıra kəndlərinə sakinlərin köçürülməsinə başlanıldığı da qonaqların diqqətinə çatdırılıb.
Oxşar xəbərlər
Dünya şöhrətli “NomadMania” səyyah klubunun üzvləri Füzulidədirlər
Gürcüstanlı səyyahların Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb
Beynəlxalq səyyahlar Ağdama səfər ediblər
“NomadMania” səyyah klubunun Xankəndiyə səfəri başlayıb - FOTO
Bu gündən “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












