Gələn il Ağdama 10 min əhalinin köçürülməsi nəzərdə tutulub
sizinxeber.az xəbər saytı

Gələn il Ağdama 10 min əhalinin köçürülməsi nəzərdə tutulub


Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır.

Bunu “Sizinxeber.az”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, buraya 66 bina üzrə 1267 ailənin köçürülməsi nəzərdə tutulub: “Bu təxminən oktyabr-noyabr aylarına təsadüf edəcək”.

Xüsusi nümayəndə gələcək planlardan da danışıb: “Eyni zamanda bu ay Ağdamda dördüncü məhəllənin tikintisinə başlanılacaq. İyun ayında beşinci məhəllənin tikintisinə başlanılacağını gözləyirik”.

E.Hüseynov həmçinin vurğulayıb ki, il sonunadək 5, gələn il 10, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub.

"Füzulidə də ikinci və üçüncü yaşayış məhəllərinin layihələndirməsini yekunlaşdırmaq üzrəyik. Hesab edirəm ki, layihələndirmə bu ilin sonuna doğru - payız aylarında başa çatacaq. Bundan sonra isə tikinti işlərinə start veriləcək”, - xüsusi nümayəndə qeyd edib.

Oxşar xəbərlər

Ağdam şəhərində 5 məhəllənin salınması nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Xocavəndə ilk köç nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlanılır, Bəylik kəndinə 91 ailə köçürüləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamın Nəmirli kəndinə ilkin mərhələdə 179 ailənin köçürülməsi planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər