Həsənriz sakini: Düşmən bilsin ki, dəmir yumruq varsa biz varıq, biz var olduqca dəmir yumruq da olacaq
sizinxeber.az xəbər saytı

Həsənriz sakini: Düşmən bilsin ki, dəmir yumruq varsa biz varıq, biz var olduqca dəmir yumruq da olacaq


Düşmən bilsin ki, dəmir yumruq varsa biz varıq, biz var olduqca dəmir yumruq da olacaq.

Bu fikirləri "Sizinxeber.az"un Ağdərə rayonuna ezam olunan əməkdaşına müsahibəsində Həsənriz kənd sakini Reyhan Həsənova bildirib.

Onun sözlərinə görə, doğma yurdlarına dönməyin belə tez olacağını gözləməyiblər:

"Yurd boş qalmaz. Biz hər zaman bu ideya ilə yaşadıq və ianmımızı möhkəmlətdik. Hələ uşaqkən böyüklərimizin ermənilər tərəfindən zəbt edilən yurd yerlərinə baxıb köks ötürdüklərinin şahidi olurduq. Kəndimiz işğal olunanda da sinəmizə dağ çəkildi. Amma inamımızı itirmədik. Çox şükür bu günə.

Arzularımız çin oldu, indi daimi öz kəndimizə köçürük. Qorxusuz, problemsiz yaşamaq üçün. Amma düşmənə bir mesajımız da var. Qoy onlar bilsin ki, dəmir yumruq varsa biz varıq, biz var olduqca dəmir yumruq da olacaq".

Oxşar xəbərlər

Suqovuşan sakini: Uşaqkən tərk edib uğrunda qan tökdüyümüz kəndimizə daimi köçürük

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər