Sarıcalı kənd tam orta məktəbinin binası müasir tələblərə uyğun inşa edilib
sizinxeber.az xəbər saytı

Sarıcalı kənd tam orta məktəbinin binası müasir tələblərə uyğun inşa edilib


Ağdam rayonunun Sarıcalı kənd tam orta məktəbinin binası müasir tələblərə tam cavab verən səviyyədə inşa edilib.

“Sizinxeber.az”un Ağdama ezam olunan Qarabağ Bürosu xəbər verir ki, bu barədə rayona ezam olunan media nümayəndələrinə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabin məlumat verib.

Leyla Sarabin xatırladıb ki, martın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışını etdiyi məktəb binası 360 şagird yerlikdir.

Bildirilib ki, 14 sinif otağı olan məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Məktəb ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Oxşar xəbərlər

Sarıcalı kənd məktəbində 360 şagird təhsil alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Heydər Əliyev Fondu tərəfindən Ağstafanın Zəlimxan kəndində yeni məktəb binası inşa edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident və birinci xanım Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdə, Quba və Ucarda məktəb açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər