Növbəti köç karvanı Ballıcaya çatıb, ailələrə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Növbəti köç karvanı Ballıcaya çatıb, ailələrə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2


Ağdamdan bu gün yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.

“Sizinxeber.az”un Qarabağ bürosunun verdiyi xəbərə görə, yeni ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyini təmsil edən şəxslər iştirak edib.

Qeyd edək ki, bugünkü köç karvanında 22 ailədən ibarət 94 nəfər yer alıb.

13.14

Ağdamdan bu gün yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.

“Sizinxeber.az”un Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdamdan yola düşən köç karvanında 22 ailədən ibarət 94 nəfər yer alıb.

Qeyd edək ki, köçürülən ailələr yenidən tikilən evlərdə məskunlaşacaqlar.

12.05

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.

“Sizinxeber.az”un Qarabağ bürosunun məlumatına görə, Ağdamdan yola düşən köç karvanında 22 ailədən ibarət 94 nəfər yer alıb.

Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Qeyd edək ki, bugünkü köç də daxil olmaqla Ballıca kəndinə ümumilikdə dörd köç karvanı gedib. Kənddə ümumilikdə 90 ailə (467 nəfər) məskunlaşıb.

Oxşar xəbərlər

Növbəti köç karvanı Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib- FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında məskunlaşan daha 20 ailəyə açarlar verildi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər