Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi
sizinxeber.az xəbər saytı

Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi


Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi.

"Report" xəbər verir ki, bu sözləri İkinci Şəhidlər Xiyabanında Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisi, Vətən müharibəsi iştirakçısı polkovnik Elşad Əbilov antiterror əməliyyatlarının birinci ildönümü ilə bağlı keçirilən anım mərasimində deyib.

O bildirib ki, 2023 cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Qarabağda antiterror əməliyyatları keçirib:

"Bu əməliyyatın məqsədi separatçı qüvvələri Qarabağ bölgəsindən çıxarmaq idi. Onlar 10 noyabr üçtərəfli bəyanatının müddəalarını icra etmirdilər. Bu səbəbdən də antiterror əməliyyatları keçirildi. Biz şəhidlərin xatirəsini yad edir, onları hörmətlə anırıq. Müdafiə naziri Zakir Həsənov adından şəhidlərin yaxınlarına baş sağlığı veriririk".

Oxşar xəbərlər

İkinci Şəhidlər Xiyabanında antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların anım tədbiri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antiterror tədbirlərinin şəhidlərinin bank borcları tam şəkildə silinib - AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zakir Həsənov: "Azərbaycan Ordusu qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazırdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“5 gün əvvəl Azərbaycan öz suverenliyini tam təmin edib” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər