Elmir Məmmədli: Çox xoşbəxtəm ki, toyum Şuşada keçirilir
sizinxeber.az xəbər saytı

Elmir Məmmədli: Çox xoşbəxtəm ki, toyum Şuşada keçirilir


Şuşalı olaraq çox xoşbəxtəm ki, toyum Şuşada keçirilir.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu toy mərasimi keçirilən Elmir Məmmədli jurnalistlərə deyib. O, şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib:

"Allah Ali Baş Komandanımızı qorusun. Torpaqlarımız işğaldan azad olundu. Bu gün Şuşada öz xeyir işlərimizi keçiririk. 28 yaşım var və özüm də Qarabağ qazisiyəm. Döyüş yolum Füzulidən başlayıb. Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Füzulidə yaralanmışam. Şükür ki, səhhətimdə heç bir problem yoxdur".

Qeyd edək ki, bu gün - 32 ildən sonra Şuşa şəhərində ilk dəfə toy mərasimi keçirilir. 44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi İsa bulağında təşkil edilib.

Xatırladaq ki, Şuşa şəhərində indiyədək 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin olunub.

Oxşar xəbərlər

Şuşada 32 ildən sonra ilk toy keçirilir - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rasim Həsənov: “Pedaqoji fəaliyyətimi Füzulidə davam etdirmək istəyirəm” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: "30 yaşında çıxdığım Şuşama 65 yaşında qayıdıram" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşaya giriş məhdudlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: "30 yaşımda çıxdığım Şuşama 65 yaşımda qayıdıram" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle