Sesarin Kordero: Azərbaycanın insanlara yeni həyata başlamağa necə kömək etməsi məni heyran etdi
sizinxeber.az xəbər saytı

Sesarin Kordero: Azərbaycanın insanlara yeni həyata başlamağa necə kömək etməsi məni heyran etdi


Filippinli səyyah Sesarin Janett Kordero Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərə göstərdiyi dəstəyə heyran qalıb.

Bu barədə Kordero Cəbrayılda “Report”un müxbirinə bildirib.

“Most Traveled People” və “Global Explorers” qruplarının bir hissəsi olduğum üçün bəxtim gətirib və beləcə buraya gəlmişəm. Azərbaycan torpaqlarında baş verənlərin çoxunu, o cümlədən mina təhlükəsi problemini gördüm”, - o deyib.

Kordero Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi tədbirlərin əhəmiyyətini xüsusilə vurğulayıb.

“Hökumətin evlərini itirmiş və indi öz həyatlarını bərpa etməyə çalışan insanlara necə ümid verdiyini görmək də mənə nəsib oldu. Bu, həqiqətən də təsiredicidir”, - o vurğulayıb.

Oxşar xəbərlər

Ukraynalı səyyah Qarabağda aparılan bərpa işlərinin sürətinə heyran qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fələstin səfiri Qarabağın gözəlliyinə heyran qalıb: Buraya böyük məmuniyyətlə qayıdacağam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erkin İbrahimov “Kəpəz”dən ayrıldığını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Filippinli səyyah: Minalardan təmizlənmiş ərazilərdə görülən işləri müşahidə etmək heyrətləndirir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər