Ağdamda istehsal olunan ayaqqabılar Fransa, Rusiya və ərəb ölkələrinə ixrac ediləcək
Ağdamda istehsal olunan ayaqqabılar Fransa, Rusiya Federasiyası və ərəb ölkələrinə ixrac ediləcək.
Bu fikirləri "Sizinxeber.az"un Ağdama ezam olunan əməkdaşına müsahibəsində "BAFCO MMC"nin baş direktoru Elnur Allahverdiyev bildirib.
Fabrikin baş direktoru müəssisədə xüsusi təyinatlı ayaqqabıların istehsal olunduğunu bildirib və bugünkü ixracın qürurverici olduğunu dilə gətirib:
"Biz BAFCO MMC olaraq Ağdam Sənaye Parkında ayaqqabı fabrikini açmışıq. Bizim üçün qürurverici bir gündür ki, bu gün fabrikimizdən ilk dəfə olaraq Qazaxıstana məhsul ixrac edəcəyik".
E. Allahverdiyev ayaqqabıların istehsalında yüksək keyfiyyətin əldə edilməsi üçün müasir avadanlıqların yüksək potensialından söz açıb:
"İlk ixracımız 5 000 cüt təşkil edir. Burda poliretan ayaqqabılardan tutmuş, işçi ayaqqabılarına kimi müxtəlif təyinatlı məhsullar mövcuddur".
Oxşar xəbərlər
Zavod direktoru: Ağdamda elektromobillər üçün enerji doldurma cihazları istehsal olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkında istehsal edilən məhsullar Özbəkistan, Qazaxıstan və BƏƏ-yə ixrac edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışında olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Osman Yaylalı: Ağdam ayaqqabı zavodu ildə 510 min cüt ayaqqabı istehsal etmək gücündədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













