sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
HUAWEI FreeBuds 6i: Səs harmoniyası və mobillik bir cihazda - FOTO
Simsiz qulaqlıqların çoxluq təşkil etdiyi dünyada Huawei öz yenilikləri və keyfiyyəti ilə heyrətləndirməyə davam edir. Bu yaxınlarda təqdim edilmiş HUAWEI FreeBuds 6i — funksionallığı, dizaynı və münasib qiyməti baxımından yeni nümunədir. Biz bu məqalədə yeni qulaqlıqların bütün üstünlüklərini ətraflı nəzərdən keçirməyi təklif edirik.
HUAWEI FreeBuds 6i dəbli və yığcam dizaynı ilə heyran edir. Onun üç rəng variantı: ağ, bənövşəyi və qara rəngləri imkan verir ki, hər bir istifadəçi öz tərzinə uyğun olanı seçsin. Hər qulaqlıq cəmi 5,4 qram ağırlığındadır ki, bu da hətta uzun müddətli istifadə zamanı maksimal rahatlıq deməkdir.
Mükəmməl səs
HUAWEI FreeBuds 6i-nin səsi, həqiqətən, həssalığı ilə seçilir. Dörd maqnitli və aktiv kənar səs azaldıcıları olan 11 millimetrlik dinamik yayıcı texnologiyaları sayəsində bu qulaqlıqlar musiqi dinləmək, video izləmək və telefon zəngləri üçün ideal olan (14 Hz qədər tezlikdə) təmiz və güclü səslə təmin edir. Dynamic Intelligence ANC 3.0 aktiv kənar səs azaldıcısı texnologiyası fon səslərini effektiv şəkildə azaldır və bununla da danışıqlar aydın və səlis səslənir.
İntellektual funksiyaları
HUAWEI FreeBuds 6i bir çox ağıllı funksiyalara malikdir ki, onların istifadə edilməsi çox rahatdır. Bir toxunuşla zənglərə cavab və ya musiqiyə fasilə vermək, iki toxunuşla trekləri dəyişdirmək — smartfonlara ehtiyac olmadan mümkündür. Bundan başqa, qulaqlıqlar keysdən çıxarılarkən HUAWEI cihazlarına avtomatik qoşulur.

HUAWEI FreeBuds 6i qulaqlıqları ilə kifayət qədər uzun müddət musiqi dinləyə və zənglərə cavab verə bilərsiniz. Qulaqlıq, 10 dəqiqəlik sürətli şarj zamanı 4 saat, tam şarj olunduqda isə 35 saata qədər (keys tam dolu halda istifadə edilməklə) müstəqil olaraq işləyir.
Digər cihazlarla qarşılıqlı əlaqə
HUAWEİ FreeBuds 6i qulaqlıqları İOS və ya Android-ə qoşulmasından asılı olmayaraq eyni zamanda iki müxtəlif cihazlara sinxron qoşula bilir. Bu maneəsiz keçid onların istifadəsini maksimum rahatladır.
Bundan başqa, HUAWEI smartfonu iki cüt qulaqlığın eyni anda istifadəsinə imkan verir ki, bu da sizin və yoldaşınızın audiokontentdən bərabər istifadəsini mümkün edir. Bu cəhət özəlliklə səyahət zamanı, yaxud birgə film seyr edərkən mükəmməl rahatlıqdır.

HUAWEI FreeBuds 6i — keyfiyyət, funksionallıq və dəb qiymətləndirənlər üçün ideal seçimdir. Qabaqcıl texnologiyalar və intellektual funksiyaları sayəsində bu qulaqlıqlar sizin etibarlı yoldaşınız olacaqdır. Qulaqlıqları əldə etmək imkanını qaçırmayın, səsin keyfiyyətindən və istifadənin rahatlığından həzz alın.
26 iyul tarixindən etibarən bu qulaqlıqları Azərbaycanın elektronika mağazalarında əldə edə bilərsiniz.
BAKU.WS
Oxşar xəbərlər
Bu ağıllı saat demək olar ki, bir avtomobilin qiymətinədi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il “Huawei” istehsalda ABŞ çiplərindən istifadə edib – Bloomberg [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xiaomi Redmi 13R 5G təqdim edildi: Büdcəyə uyğun telefonun xüsusiyyətləri! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
WhatsApp-a Video Zənglərdə Video və Audio Paylaşım Xüsusiyyəti gəlir! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












