(Tərcümə: İzzət Qurbanov)
Bu ağıllı saat demək olar ki, bir avtomobilin qiymətinədi
Huawei , daha əvvəl Avropada təqdim etdiyi ən premium ağıllı saatlardan biri olan Huawei Watch Ultimate-in qızıl versiyasını təqdim etdi . Və bu, yalnız hər hansı bir qızıl rəng deyil; Huawei öz ağıllı saatında əsl 18K qızıldan istifadə edib .
Bu lüks model Huawei-nin qızıldan hazırlanmış ilk ağıllı saatıdır. Şəkillərə baxsaq görərik ki, bu dəbli aksesuar qızılı çərçivə və almazla kəsilmiş oyma prosesi ilə həkk olunmuş 3D səthli tacla gəlir. Lakin qızıl təkcə bu hissə ilə məhdudlaşmır. Huawei , tənzimlənən kəpənək tokalı qızılı PVD titan kəmərini detallaşdırdı . Saatın tərkibinə 24-dən çox proses texnikasından istifadə edilməklə hazırlanmış nano-mikrokristal keramika bezel daxildir. Huawei bildirir ki, bu xüsusi versiya paslanmayan poladdan 6-7 dəfə daha sərtdir və onu cızıqlara və korroziyaya davamlı edir.
Bu ağıllı saat demək olar ki, bir avtomobilin qiymətinə dəyər!
Texniki göstəricilərə gəlincə, heç bir dəyişiklik olmadığını görə bilərik. 1,5 düymlük AMOLED ekran 450 x 450 piksel təsvir ölçüsünə malikdir. LTPO fon texnologiyasından istifadə edərək 1 və 60 Hz arasında dəyişən yeniləmə sürəti təklif edir. Huawei-nin iddiasına görə, onun 530 mAh batareyası ağır istifadədə 8 günə, normal istifadədə isə 14 günə qədər davam edə bilər. Saat həmçinin Huawei-nin idman və sağlamlıq proqramlarını, NFC və EKQ texnologiyalarını dəstəkləyir.
Qiymətə gəlincə, Huawei Watch Ultimate Gold Edition Avropada 2999 avro (3198 dollar) qiymət etiketi ilə satışa çıxarılacaq. Lakin hələlik dəqiq satış tarixi açıqlanmayıb. Açığı, bu qiymət etiketi ilə saat sadəcə texnoloji cihaz deyil, ləl-cəvahirat statusu qazanır.
Oxşar xəbərlər
iPhone 15 Pro kamerası ilə çəkilmiş ilk klip yayımlandı
"Oğlan var bədənini şişirdir, oğlan da var cılız canla 10 erməni öldürdü"
Bakıda üç həftə əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb
“Cəlbedici” qadınlar niyə tipdən çox intellektə əhəmiyyət verirlər?
Britaniya səfirliyi Ağdam-Xankəndi yolunun açılmasını alqışlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












