Azercell “Nömrə sifarişi” xidmətini təqdim edir
sizinxeber.az xəbər saytı

Azercell “Nömrə sifarişi” xidmətini təqdim edir




Azercell 31.07.2024 tarixindən etibarən "Nömrə sifarişi" xidmətini təqdim edir.

Belə ki, müştərilər istədikləri nömrənin satışa çıxarılmasını gözləmədən www.azercellim.com-un yeni funksiyası üzərindən Azercell nömrəsinin satışa hazırlanmasını sifariş edə biləcəklər.

Onu da qeyd edək ki, nömrə sifarişi xidməti tamamilə ödənişsizdir.Bunun üçün müştəri almaq istədiyi nomrəni www.azercellim.com saytında axtarış pəncərəsinə daxil etməlidir. Hal-hazırda satışda olmayan, lakin hazırlana biləcək nömrə üçün yeni bir səhifə açılacaq.

Müştəri nömrənin qiymətini onlayn şəkildə odəyərək onun dərhal satışa hazırlanmasını sifariş edə biləcək. Müştəri onun istəyi ilə hazır olan nömrəni Azercell-inrəsmi satış nöqtələrindən təhvil alacaq.

Sifariş zamanı nömrənin qiymətini Taksit xidməti çərçivəsində də ödəmək mümkün olacaq.

Xatırladaq ki, BirKart istifadəçiləri Taksit xidməti ilə www.azercellim.com veb-səhifəsində qiyməti 100 AZN-dən yuxarı olan bütün Azercell nömrələrini onlayn qaydada 12 ayadək faizsiz taksitlə əldə etmək imkanına malikdirlər.

Daha ətrafli məlumat almaq və bu yenilikdən yararlanmaq üçün sadəcə www.azercellim.com səhifəsinə müraciət etmək kifayətdir. 

Sizinxeber.az

Oxşar xəbərlər

“Azercell” bu gündən qiymətləri qaldırdı – Siyahı
Azercell Füzulidə! 
Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edib
"Azercell" Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir
"Neftçi" - "Zenit" oyunu barədə yeni məlumat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər