Avtomobil almaq asanlaşacaq - FOTO/VİDEO
Araşdırmalargöstərir ki, yeni avtomobilalmaqistəyənlərseçim zamanı kifayət qədər problemlərlə üzləşirlər. Həftəiçi işdən sonra avtosalonların əksəriyyəti bağlı olduğundan, həftəsonu isə tıxaclar ucbatından bir-birindən uzaq məsafədə yerləşən rəsmi diler mərkəzlərinin hamısını əhatə etmək mümkün olmadığından bu proses əsəblər üçün əsl sınağa çevrilir.
Amma tezliklə hər şey dəyişəcək. Azərbaycanda və regionda ən böyük avtomobil satış mərkəzi - Baku Auto Mall – Babək prospektində fəaliyyətə başlayacaq. Yalnız rəsmi dilerlərin təklif etdiyi çoxsaylı modellər arasında seçim etmək çox asan olacaq.
Avtomobili «canlı» görmək, sükan arxasına əyləşmək, rəng və komplektasiya seçmək, test yürüşü həyata keçirmək, eyni qiymət seqmentində təklif olunan bütün modellər ilə müqayisə etmək və nəhayət bir avtomobil alaraq, daha birini lotereyada udmaq şansı əldə ertmək - bütün bunlar yalnız Baku Auto Mall-da reallaşacaq!
Axşam saat 10.00-dək işləyəcək bu mərkəzdə kafe, restoran, uşaqlarla yanaşı həm də böyüklər üçün oyun zonaları (ən müasir avtomobil yarışları simulyatorları) nəzərdə tutulub.
Baku Auto Mall yalnız avtomobilin seçimi deyil, həm də müştərilərə bank, sığorta, tüninq, aksessuarlar, yuma-cilalama kimi kompleks xidmətlər göstərməklə onun almasını rahatlaşdıracaq. Burada həmçinin avtomobil təqdimatları, sərgilər, festivallar, foto- və videoçəkilişlər, konfranslar, internet-forumlar və s. təşkil ediləcəyi planlaşdırılıb.
Baku Auto Mall sayəsində avtomobil seçimi və alışı prosesi mənalı istirahət növü və ailəvi bayrama çevriləcək.
Oxşar xəbərlər
AVRO-2024: Azərbaycan - Avstriya oyununun biletləri oktyabrın 6-da satışa çıxarılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda rəsmi avtodilerlərin adından verilən zəmanət etibarlıdırmı? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı sakini avtomobil idarə etmədiyi halda cərimələndi - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İki bürcün tezliklə milyon əldə etmək şansı olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tam yenilənmiş Geely Okavango – Artıq Azərbaycanda! - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?


















