"Azərbaycan, Türkiyə və Pakistan beynəlxalq münasibətlər sistemində xüsusi yer tutur" - RƏY
Azərbaycan, Türkiyə və Pakistan beynəlxalq münasibətlər sistemində xüsusi yer tutur.
Bunu “Sizinxeber.az”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrinin uğuru inkişafı günün reallıqlarında özünü aydın şəkildə nümayiş etdirir:
"Bu reallıq da hər zaman xüsusi qeyd edilir ki, tarixi zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın digər sahələr kimi, xarici siyasətdə də uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsi əbəs yerə həqiqət anı kimi dəyərləndirilmir. Məhz İkinci Qarabağ müharibəsi kimin haqqın, ədalətin, kimin təcavüzkarın yanında olduğunu bir daha açıqladı".
Deputat bildirib ki, dünya 44 günlük müharibənin gedişi dövründə dostluğu, qardaşlığı bütün dövrlər üçün dünyaya nümunə olan Azərbaycan-Türkiyə, eyni zamanda Azərbaycan-Pakistan münasibətlərinin əyani nümayişinin bir daha şahidi oldu:
"Tarixi zəfərdən sonra hər üç ölkənin münasibətlərinin daha yüksələn xətlə inkişafı, əməkdaşlıq formatlarının tərkibinin genişlənməsi, daha dəqiq desək, ikili formatdan üçlüyə doğru inkişaf etməsi özündə bütün məqamları açıqladı. 28 May - Müstəqillik Günü Şərqi Zəngəzurda, Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşünün keçirilməsi münasibətlərin gələcək inkişafının aydın mənzərəsini yaratdı. Bu gün Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər sistemində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
V.Rəhimzadə qeyd edib ki, 2020-ci ildən etibarən yeni mərhələyə qədəm qoyan bu üçtərəfli əməkdaşlıq, siyasi və hərbi koordinasiya ilə yanaşı, humanitar, təhsil və iqtisadi sahələrdə ortaq təşəbbüslərlə zənginləşib.
Oxşar xəbərlər
Səməd Seyidov: Azərbaycan Pakistan-Hindistan məsələsində daima haqqın və ədalətin yanında olacaq
Vüqar Rəhimzadə: Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı dialoq və əməkdaşlığa verdiyi önəmidir
Azərbaycan Prezidenti Türkiyə və Pakistana minnətdarlığını bildirib
Deputat: D-8-ə üzvlük Azərbaycanın müstəqil aktor olduğunu bir daha sübut etdi
Azərbaycan Prezidenti Vətən müharibəsində verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu













