
Məhəmməd bin Əbd Rabbo əl-Yami: İƏT islamofobiya ilə mübarizəyə xüsusi əhəmiyyət verir

Məhəmməd bin Əbd Rabbo əl-Yami: İƏT islamofobiya ilə mübarizəyə xüsusi əhəmiyyət verir
KİV islamofobiyanın yayılmasında və müsəlmanlara qarşı nifrətin artırılmasında əsas rol oynayır.
"Report" xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xəbər Agentlikləri Birliyinin (“Union of OIC News Agencies” - UNA) baş direktoru Məhəmməd Bin Əbd Rabbo Əl-Yaminin “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində keçirilən panel müzakirəsindəki müraciətində bildirilib.
Müraciətdə vurğulanıb ki, islamofobiya və müsəlmanlara qarşı nifrətin artırılması onlayn məkanda və sosial şəbəkələrdə getdikcə daha çox özünü göstərir ki, burada çox vaxt məzmuna lazımi nəzarət olmur.
Onun sözlərinə görə, İƏT islamofobiya kimi təhlükəli hadisə ilə mübarizəyə xüsusi əhəmiyyət verir. UNA-nın baş direktoru ictimai rəyin formalaşmasında medianın rolunu qeyd edərək, bir sıra hallarda jurnalistlərin və informasiya platformalarının özlərinin dezinformasiya mənbəyinə çevrildiyini göstərib.