Ştaynmayer: İlham Əliyevin regionda sülhün bərqərar olunması üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk
sizinxeber.az xəbər saytı

Ştaynmayer: İlham Əliyevin regionda sülhün bərqərar olunması üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk


Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülhün bərqərar olunması üçün göstərdiyi səyləri xüsusilə yüksək qiymətləndirdiyini və tezliklə ən yaxşı və davamlı nailiyyət əldə etməyi arzulayıb.

"Sizinxeber.az"un məlumatına görə, Müstəqillik günü ilə bağlı təbrik məktubunda Almaniya prezidenti deyib:

"Mən ikitərəfli əlaqələrimizin genişləndirilməsində çox maraqlıyam. Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən ölkəniz mühüm geostrateji mövqeyə malikdir. Çoxsaylı silahlı münaqişələr və yeni gərginliklər qarşısında biz birlikdə ciddi çağırışlarla üzləşirik. Buna görə də mən Sizin regionda sülhün bərqərar olunması üçün göstərdiyiniz səyləri xüsusilə yüksək qiymətləndirir və Sizə tezliklə ən yaxşı və davamlı nailiyyət əldə etməyi arzulayıram".

Oxşar xəbərlər

Almaniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Almaniya Prezidenti: Azərbaycana səfər ikitərəfli əlaqələrin və regionda sülh prosesinin müzakirəsi üçün yaxşı fürsətdir
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentinə başsağlığı verib
Şolts: Almaniya Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində səyləri dəstəkləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər