İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib
sizinxeber.az xəbər saytı

İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib


Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə zəng edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Kasım-Jomart Tokayevə ad günü münasibətilə təbriklərini çatdıraraq, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi altında Qazaxstanın dayanıqlı inkişafını və beynəlxalq səviyyədə nüfuzunun artdığını vurğulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələr arasında dostluğa və qardaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Tokayevi ad günü münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: Tokayevin rəhbərliyi altında Qazaxstanın beynəlxalq səviyyədə nüfuzu artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Prezidenti İlham Əliyevə zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayev Azərbaycan Prezidentinə zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər