London görüşündən imtina İrəvanın Bakı ilə  müzakirələrdən boyun qaçırdığını göstərir - RƏY
sizinxeber.az xəbər saytı

London görüşündən imtina İrəvanın Bakı ilə müzakirələrdən boyun qaçırdığını göstərir - RƏY


Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi onu göstərir ki, rəsmi İrəvan Bakı ilə ciddi məsələləri müzakirə etməkdən boyun qaçırır.

Bunu “Sizinxeber.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, Ermənistan gündəlikdə olan iki məsələ - Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi və ATƏT-in Minsk qrupundan imtina üzrə konkret addımlar atmağa tələsmir:

“Bunların fərqli səbəbləri var. Məsələn, İrəvanın ATƏT-in Minsk qrupunun buraxılmasını istəməməsinin səbəbi orada Fransa və ABŞ-nin təmsil olunmasıdır. Ermənistanın hələ də onların institusional yardımına ehtiyacı var. Digər tərəfdən, İrəvan Konstitusiyaya dəyişiklik edilməsi prosesini uzatmaqda maraqlıdır”.

Siyasi şərhçi bildirib ki, Ermənistanda Konstitusiyaya dəyişikliklərin edilməsi yalnız 2026-cı ildə - ölkədə növbəti parlament seçkiləri keçirildikdən sonra real görünür:

“Hazırda görünən odur ki, Ermənistan bu məsələlərin Azərbaycanla müzakirəsindən boyun qaçırır, ona görə də London görüşü baş tutmadı. Mövcud məsələ ətrafında müxtəlif ehtimallar var. İrəvanın bu addımı Fransanın diqtəsi ilə atması da həmin fərziyyələrdən biridir. Bu ehtimal doğrularsa, deməli, başqa ölkələrin təsiri altında olan Ermənistan müstəqil siyasət aparmaq iqtidarında deyil”.

Oxşar xəbərlər

ABŞ Cənubi Qafqazla bağlı maraqlarını həyata keçirmək üçün Ermənistandan istifadə edir - RƏY [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma: Ermənistan son vaxtlar seçdiyi təhlükəli xətdən imtina etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin köməkçisi: Bakı İrəvana sülh müqaviləsinədək münasibətlərin əsas prinsiplərini razılaşdırmağı təklif edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran İmanov: UNESCO ikili standartlara əl atır, vəzifələrini icra etməkdən boyun qaçırır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər