Putin: Rusiya ilə Azərbaycan arasında dostluq müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq
Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu yubiley tarixini qeyd edən ölkələrimizin vətəndaşları döyüş meydanlarında və arxa cəbhədə öz güclərini və həyatlarını əsirgəmədən nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər.
"Sizinxeber.az" xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin Qələbənin 80-ci ildönümü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.
Vladimir Putin qeyd edib: “Əminəm ki, həmin ağır illərdə bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq”.
“Azərbaycan torpağında yaşayan bütün veteranlara səmimi minnətdarlıq, ürəkdən gələn təbrik sözlərimi, möhkəm cansağlığı, əmin-amanlıq və uzunömürlülük arzularımı çatdırmağı xahiş edirəm”, - Rusiya Prezidenti bildirib.
Oxşar xəbərlər
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
Vladimir Putin İlham Əliyevi təbrik edib
Rusiyanın hökumət başçısı Azərbaycan liderini təbrik edib
Putin: Azərbaycan dünya arenasında öz mövqeyini möhkəmləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













